Turizm Agentliyində qəribə addım: Bizi boykot edən Hindistandan blogger çağrılır

Həmin yazıda qeyd edilir ki, Azərbaycanın Pakistanı dəstəkləməsindən sonra yerli travel şirkətləri hindliləri Bakıya səfər etməkdən çəkindirməklə yanaşı, həm də tur paketlər satışını dayandırıb.
Bu hadisələr fonunda Azərbaycan Turizm Agentliyi isə başqa bir addım atıb. Belə ki, ötən gün Agentlik daha bir tenderə yekun vurub. Çin və Hindistandan jurnalistlər, bloggerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alıb. Bununla bağlı, bir həftə öncə Belarusiyadan travel şirkətlərini gətirmək üçün anlaşdığı “VEGA TRAVEL MANAGEMENT” MMC ilə daha bir müqavilə bağlayıb. Müqavilənin dəyəri isə 349 min 442 manat təşkil edir.
Maraqlıdır ki, bizi Pakistanı dəstəklədiyimiz üçün boykot etmiş Hindistandan blogger çağırmaq Agentliyin ağlına haradan gəlib? Və bu layihə nə qədər uğurlu olacaq? Turizm Agentliyi bunun səmərəsiz olduğunu bildiyi halda niyə boşuna pul xərcləyir?