Cinayət törətmiş qadınların sayı məlum olub

Zərərçəkmiş qadınlardan 3059-u xəsarət alıb, 268-i isə ölüb. Müqayisə üçün bildirilir ki, 2023-cü ildə 24287 zərərçəkmiş şəxsin 7134-ü qadın olub. Zərərçəkmiş qadınlardan 2996-sı xəsarət alıb, 296-sı ölüb.
2024-cü il ərzində məişət zorakılığı ilə bağlı baş vermiş cinayət hadisələri üzrə 1471 (2023-cü ildə -1513) zərərçəkmiş şəxsdən 1228-i (2023-cü ildə - 1224) qadın olub, onlardan 1196-ı (2023-cü ildə 1173) xəsarət alıb.
2024-cü ildə 22485 cinayət törətmiş şəxs müəyyən edilib, onlardan 1235-i qadın olub. 2023-cü ildə 25006 cinayət törətmiş şəxsdən 1299-u qadın olub.
2024-cü il ərzində rayon (şəhər) prokurorluqlarında 639 özünü öldürmə hadisəsi qeydə alınıb, onlardan 498-i kişi, 141-i qadın olub.