Direktor müəllimi təhdid edib? – Araşdırma başladı

Qeyd olunub ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
“Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır”, deyə BŞTİ-dən bildirilib.
Qeyd edək ki, sosail şəbəkələrdə yayılan səs yazısının 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyevaya aid olduğu iddia edilir. Bildirilir ki, direktor vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə məktəbin müəllimi Lalə Şəfaqətovanı təhdid edərək keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyə məcbur edir.