“Medilandia Hospital”da uşaq ölümünə görə yoxlama aparıldı, pozuntu AŞKARLANDI

Məlum olub ki, klinikada 15 oktyabr 2024-cü ildən 3 fevral 2025-ci ilədək tibb bacısı vəzifəsində çalışan A.S. ilə ümumiyyətlə əmək müqaviləsi bağlanmayıb.
Aşkarlanmış qanun pozuntuları ilə əlaqədar olaraq klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə “Medilandia Hospital” rəhbərliyi sözügedən inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 000 manat məbləğində cərimələnib.