“Pulunu ver, balını artırım” – İmtahan balları pulla satılır? – AÇIQLAMA

Mövzu ilə bağlı İKT üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, bu hal texniki baxımdan da mümkün deyil:
“Elektron dövlət sistemləri çoxsəviyyəli təhlükəsizlik mexanizmləri ilə qorunur və hər cür müdaxilə cəhdləri qeydə alınır. Dövlət sistemləri tək bir qurum tərəfindən yox, bir neçə qurum tərəfindən şəffaflığa nəzarət olunur və tələbələr bilməlidirlər ki, heç bir kiber sahədə onların balları yüksəldilə bilməz. Bu sadəcə pul tələsidir. Kiber dələduzluğun, fırıldaqçılığın, bir növüdür. Bu tip kompaniyalara pul ödənilməməlidir. Əks halda onlar sadəcə məyus olacaqlar”.
Qeyd edək ki, bu kimi iddialar sadəcə reallıqdan uzaqdır. Ona görə də tələbələr yalnız öz savadlarına güvənməlidirlər.