General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov sərəncama götürülüb.Nazirin digər əmri ilə bu vəzifəyə polkovnik Elnur Məhərrəmov gətirilib.
Qeyd edək ki, Elnur Məhərrəmov bu təyinatadək Gəncə Regional Mərkəzin rəisi olub. Məhərrəm Həsənov isə 2022-ci ildə FHN-in Bakı Regional Mərkəzinin rəisi təyin olunmuşdu.
