Bu marketlərdə məhsul üzərində göstərilən qiymətdən baha satılıb

Bu marketlərdə məhsul üzərində göstərilən qiymətdən baha satılıb Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən olan “ANC Group” MMC (“Rahat” market) və “Azərbaycan Supermarket” MMC (“Bravo” market) barəsində İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən protokol tərtib edib.
Tribunainfo.az Agentlikdən açıqlanan məlumata istinadən xəbər verir ki, “ANC Group” MMC  və Azərbaycan Supermarket” MMC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozublar. Belə ki, “ANC Group” MMC (“Rahat” market) və “Azərbaycan Supermarket” MMC (“Bravo” market) qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıblar.
Məlumat üçün bildirək ki, 2010-cu ildə dövlət qeydiyyatına alınan “ANC Group” MMC-nin nizamnamə kapitalı 7 milyon 83 min manat, qanuni təmsilçisi isə Abdullayev Samir Rafiq oğludur.
“Azərbaycan Supermarket” MMC isə 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Hazırda Dövlət Vergi Xidmətinin reyester bölməsində “Azərbaycan Supermarket” MMC barəsində məlumatlar mövcud deyil.
Geri qayıt