Bakı Sağlamlıq Mərkəzi 1.2 milyonluq tenderi “Azəri Med”ə verdi

Bakı Sağlamlıq Mərkəzi 1.2 milyonluq tenderi “Azəri Med”ə verdi “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin laboratoriya üçün tibbi sərf mallarının alınmasına xərcləyəcəyi vəsaitin həcmi açıqlanıb.
 
Pravda.az-ın xəbərinə görə, Mərkəz malların alınmasına 1 190 727 AZN sərf edəcək.
 
Qurum “Azəri Med” QSC ilə müqavilə bağlayıb.
 
Qeyd: QSC-nin deputat Kəmaləddin Qafarova məxsus olduğu bildirilir.

Geri qayıt