Müayinə zamanı steril əlcəyə öskürən həkimdən AÇIQLAMA: “Gigiyenik qayda pozulmayıb, camaat onu əlcəksiz edir, hələ mən əlcəklə etmişəm...”

Haqqında səslənən fikirlərlə bağlı Pravda.az-a danışan G.Qəmbərova deyib ki, həmin an pasiyenti əməliyyat deyil, müayinə edib.
“Müayinə zamanı gigiyenik bir şeyə ehtiyac yox idi. Həmin an əməliyyatda deyildim ki. Gigiyenik qayda pozulmayıb. Adi müayinədir. Camaat onu əlcəksiz edir, hələ mən əlcəklə etmişəm...” – o bildirib.