Günay Malikqızının başı dərddə: Fuad Nəcəfli mətbuat katibinə xəbərdarlıq etdi


Tribunainfo.az xəbər verir ki, xüsusilə, nümayəndəliyin mətbuata cavabdeh əməkdaşı Günay Malikqızının özfəaliyyətə yol verərək, tədbirdə hazırda fərqli sahələrdə çalışan keçmiş iş yoldaşlarına, rəfiqələrinə üstünlük verməsi ciddi narazılıq doğurub. Peşəkar jurnalistlər bu yanaşmanı tənqid edərək bildirirlər ki, tədbirə dəvət meyarları şəffaf olmayıb və peşəkarlıq prinsiplərinə deyil, şəxsi münasibətlərə əsaslanıb: “Sadəcə bir neçə nüfuzlu şəxs gözdən pərdə asmaq naminə dəvət edilib. Bu formada təşkilatçılıq Cənab Prezident İlham Əliyevin şəxsində dövlətin mediaya olan diqqət və qayğısına adekvat deyil”.
Etirazlar təkcə sosial şəbəkələrlə məhdudlaşmır, mövzu bir sıra media orqanlarında müzakirə edilir.
Maraq doğuran məqamlardan biri də odur ki, Günay Malikqızı özünün şəxsi sosial şəbəkə hesabında paylaşdığı bir postda tədbirə dostlarının dəvət olunduğunu açıq şəkildə etiraf edib. Yəni meyar peşəkarlıq, tədbirə uyğunluq deyil, “dostluq” olub.

Məsələyə şəxsən münasibət bildirən Fuad Nəcəfli vəziyyəti araşdırdıqdan sonra tədbirə bir çox peşəkar və haqqı çatan media nümayəndələrinin deyil, məhz Günay Malikqızının yaxın ətrafının tədbirə dəvət olunduğunu müəyyən edib.
Bu səbəbdən Malikqızına tədbirin reputasiyasına xələl gətirdiyinə, eləcə də Naxçıvan rəhbərliyinin əməyi və təşəbbüsünü kölgəyə saldığına görə ciddi xəbərdarlıq edildiyi bildirilir.
//Editor.az