Lənkəran Mərkəzi Xəstəxanasında acınacaqlı vəziyyət

Lənkəran Mərkəzi Xəstəxanasında acınacaqlı vəziyyət Jurnalist Hüseyn Cəbrayıloğlu Lənkəran Mərkəzi Xəstəxanasında mövcud olan narahatedici vəziyyəti ictimailəşdirib.
Tribunainfo.az xəbər verir ki, Cəbrayıloğlu sosial şəbəkədə yaydığı açıqlamada xəstəxananın baxımsızlıqdan əziyyət çəkdiyini bildirib:
“Lənkəran Mərkəzi Xəstəxanası yaxın illərdə təmir olunub. Dəhlizlərdə, otaqlarda soyutma sistemi yoxdur, tər iyi, adam iyinə qarışıb. Bölgədə, 7 rayonda bəlkə 4 travmatoloq var və deyəsən ikisi də Lənkərandadır. Uzun növbə yaranıb, qışqıran, talışlar demiş zikkə vuran, ürəyi gedən…”
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi və TƏBİB-in mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt