Mehdiyevlərin biznes ortağı şirkəti MTK-dan MMC-yə çevirir

Qeyd edək ki, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı, ev 52 ünvanında qeydiyyatda olan MTK-nın qanuni təmsilçisi Sadıqov Fərid Akif oğludur.
Məlumat üçün bildirək ki, “Astoriya” MTK-nın qanuni təmsilçisi Fərid Sadıqovun adı mətbuatda Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin ailə üzvləri ilə biznes ortaqlığında keçib. Bildirilir ki, Fərid Sadıqov hazırda “Astoriya Tibb Mərkəzi” MMC-yə (VÖEN – 1302904021) rəhbərlik edən Ramiz Mehdiyevin kürəkəni, Milli Məclisinin IV çağırış deputatı İlham Əlisəftər oğlu Əliyevlə şərikli biznesə sahib olub.
Onu da qeyd edək ki, “Astoriya Tibb Mərkəzi” MMC-nin hüquqi ünvanında – Yasamal rayonu, Landau, ev 6 ünvanında qeydiyyatda olan “THN” MMC-yə (VÖEN – 1302904431) də vaxtı ilə Fərid Sadıqovun rəhbərlik etdiyi bildirilir. Fərid Sadıqova 2015-ci il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verən yanğına görə şərti cəza verilib. Binadakı yanğına səbəb kimi “TNH” şirkəti tərəfindən binanın fasadına vurulan poliuretan materialı göstərilib.