Deputat: "Dörd qadınla evlənmək əxlaqsızlıqdır"

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.
"O vaxt bu qanunu çıxarında ölkədə müharibə gedirdi, qadınlar başsız qalmışdılar. Buna görə dörd qadınla evlənməyə icazə vermişdilər. Həmin vaxtdan 1400 il keçib. Əxlaqsızlıqdır, vəssalam!"
Xatırlatma: Rusiya Müsəlmanları Ruhani İdarəsi müsəlmanlara eyni vaxtda dördə qədər qadınla nikah bağlamağa icazə verən fətva verib. Bu qərar Azərbaycanda da müzakirə yaradıb.