"Azərbaycanda kazinoların fəaliyyəti yeni iş yerlərinin açılmasına şərait yaradacaq" - Deputat

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin iqtisadi siyasət və sənayev komitəsinin üzvü Müşfiq Cəfərov deyib.
Deputat bildirib ki, bir çox turizm ölkələr kimi Azərbaycanda da kazinoların fəaliyyətinə icazə verilməsi buna hesablanıb: “Ərazi və əhalisinin sayına görə Gürcüstan Azərbaycandan kiçik olsa da, turizm gəlirlərinə görə daha öndədir. Bunun əsas səbəblərindən biri kimi kazino biznesinin leqallaşdırılmasıdır. 2021-2022-ci illərdə Gürcüstanda mərc oyunları və kazinoların dövriyyəsi 16,45 milyard avrodan 17,82 milyard avroya yüksəlib. 2024-cü ildə Gürcüstanda kazino sektorunun dövriyyəsi 28 milyard ABŞ dolları olub. 2024-cü ildə 20 mindən çox insan bu sahədə çalışıb, Gürcüstan kazinolarının gəlirlərinin əhəmiyyətli hissəsi xarici müştərilərdən, həmçinin Azərbaycandan səfər edən turistlərdən daxil olur. Hətta Birləşmiş Ərəb Əmirliklərində uzun illər qadağan olan kazinoların fəaliyyətinə icazə verilir, 2027-ci ildə İlk kazinonun açılması gözlənilir”.
“Kazinoların fəaliyyəti Azərbaycana üst seqment turistləri cəlb etməklə ölkədə turizmi daha çox inkişafına təkan verəcək. Bu həm yeni iş yerlərinin açılmasına şərait yaradacaq, həm də ölkə iqtisadiyyatına böyük töhfə verəcək” – M.Cəfərov əlavə edib.