FSB-nin bu iyrənc davranışı qəbuledilməzdir! - Deputat

Bunu Milli Məclisin deputatı Rasim Musabəyov "Baku TV"yə müsahibəsində hüquq-mühafizə orqanlarının xüsusi əməliyyatı zamanı Azərbaycan vətəndaşlarının vəhşicəsinə öldürüldüyü Yekaterinburq hadisələrini şərh edərkən deyib.
O həmçinin vurğulayıb ki, bunun cinayətkar qruplaşma olması və guya vaxtilə qətllər törətməsi ilə bağlı heç bir istinad hüquq-mühafizə orqanları əməkdaşlarının bu cür davranışına əsas ola bilməz.
"Çünki bunlar sadəcə fərziyyələr, versiyalardır. Bir insan Rusiya qanunlarına görə cinayət törətmiş, adam öldürmüş olsa belə, ona yalnız məhkəmə hökm çıxara bilər. Elə şey yoxdur ki, o, məhkəməsiz, istintaqsız öldürülsün. Bu, Rusiya təhlükəsizlik qüvvələrinin çox iyrənc bir davranışıdır. Qəbuledilməzdir. Hesab edirəm ki, bu vəziyyətə hərtərəfli izahat verilməsə, bu, ikitərəfli münasibətlərimizə çox mənfi təsirini göstərəcək", - R.Musabəyov bildirib.
Daha ətraflı - videoda: