“İrşad Elektroniks”ə daha bir protokol tərtib edildi

“İrşad Elektroniks”ə daha bir protokol tərtib edildi Barəsində dəfələrlə protokol yazılan “İrşad Elektroniks”lə bağlı növbəti dəfə cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, “İrşad” bu dəfə də İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 493-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə, fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Bu baddə ilə “İrşad”a bir ay ərzində 13 dəfə protokol tərtib edilib. Sözügedən işlə bağlı prosesə baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. 4 iyul tarixində hakim Solmaz Mustafayevanın sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, “İrşad Elektroniks”in İdarə Heyətinin sədri Aris Şıxəliyevdir.
Qarşı tərəfi dinləməyə hazırıq.

Geri qayıt