Memardan Milli Məclisdəki dinləmə ilə bağlı SƏRT sözlər…

Memardan Milli Məclisdəki dinləmə ilə bağlı SƏRT sözlər… Milli Məclisdə ölkənin tarix və mədəni irsinin qorunması ilə bağlı ictimai dinləmələr keçirildi. Ancaq ictimaiyyət yerinə yenə də deputatlar, məmurlar, institut direktorları, ötən il atasının xatirə lövhəsi üçün memarlıq abidəsinin fasadını dağıdan Memarlar İttifaqının sədri, ali məktəb rektorları – illərdir «moda mövzu» olan abidələrin müdafiəsini əlindən buraxmayan eyni şəxslər – toplaşdılar. Onilliklər konfranslarda gəzib, yeyib-içib, hədiyyələr alırlar, amma vəziyyət eyni qalır.
Tribunainfo.az xəbər verir ki, bu sözləri memar Elçin Əliyev bildirib. O qeyd edib ki, Mədəniyyət Nazirliyi bu gün kiçik təşkilatların dediyi iolə oturub-durur:
“Milli Məclisin mədəniyyət komitəsinə rəhbərlik edən şəxs Polad Bülbül oğludur – diplomatik sahədə «uğurlu» fəaliyyətindən sonra indi də milli memarlıq irsinə nəzarət edir.
Təəssüf doğuran budur ki, həmin tədbirdə məhz ictimaiyyətin özü yox idi! Axı necə olur ki, son aylar ərzində ölkə vətəndaşları tərəfindən minlərlə insanın imzaladığı bir neçə ictimai müraciət olmuşdu, amma bu təşəbbüslərdə iştirak edənlərin heç biri tədbirə dəvət edilmədi. Görünür, narahat və kəskin suallardan qorxdular. Onda xalqı niyə aldadırsınız ki? Niyə bu tədbirləri «ictimai» dinləmələr adlandırırsınız ki?
Mədəniyyət Nazirliyinin mövqeyi də heyrət doğurur – rəsmi qaydada «kiçik tərəfdaş»a çevrilib, digər təşkilatların dedikləri ilə hərəkət edir: məsul vəzifələrə «mövzuya yad» şəxslər gətiriləndə belə olur”.

Geri qayıt