Azərbaycanda mebel almaq çətinləşdi: 40 faiz bahalaşma + VİDEO

2 il ərzində mebel qiymətləri 40% artıb. Paytaxt bazarlarında isə ötən illə müqaisədə 10% artım müşahidə olunur.
Ekspertlərin sözlərinə görə, 2 il ərzində mebel qiymətləri 40% artıb. Paytaxt bazarlarında isə ötən illə müqaisədə 10% artım müşahidə olunur.
Mətbəx mebellərinin qiyməti 270-300 manatdan, qonaq dəstlərinin qiyməti 2000 manatdan, yataq otağı mebellərinin qiymətləri isə ortalama 4000 manatdan başlayır.
Satıcılar əsas səbəb kimi xammalın baha olduğunu bildirirlər. Onların sözlərinə görə, qiymətlər mebelin növünə və xammalın qiymətinə görə dəyişir.
Satıcılar isə bildirirlər ki, mebellər əsasən Türkiyədən idxal olunur. Onların da qiymətləri həm daxili, həm də xarici infilyasiyaya uyğun olaraq tənzimlənir.