“Sevgililik haqda rəsmi sənəd” – Gerbimiz belə təhqir edildi... + VİDEO
Sosial şəbəkələrdə yayılan yeni trend bu dəfə istifadəçilərin ciddi tənqidlərinə səbəb olub.Paylaşımda bildirilir ki, sənəd sifarişlə hazırlanır və bütün bölgələrə çatdırılma mövcuddur. Lakin məhsulun görünüşü sosial mediada geniş müzakirələrə yol açıb.
Bir çox istifadəçi bu tip sənədi “bayağılıq” kimi dəyərləndirərək, şəxsi münasibətlərin bu şəkildə kommersiyalaşdırılmasını tənqid edib. Digər bir qisim isə sənəd üzərində dövlət atributunu xatırladan simvollardan istifadənin yolverilməz olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Gerbi yalnız qanunla müəyyən olunmuş rəsmi dövlət binalarında, sənədlərdə və simvollarda istifadə oluna bilər. "Dövlət Gerbi haqqında" Qanunun 6, 7 və 8-ci maddələrinə əsasən, gerbin təhrif olunması və ya qeyri-rəsmi, xüsusilə kommersiya məqsədilə – bu halda “sevgililik haqqında rəsmi sənəd” adı ilə 4 manata satışa çıxarılması sərt tənqid edilir.
Hazırda məsələ ilə bağlı rəsmi qurumlardan hər hansı açıqlama verilməyib. Sosial mediada isə müzakirələr davam edir.
