Gənclər və İdman Nazirliyinin 1.5 milyon dəyərində olan tenderləri baş tutmadı
Gənclər və İdman Nazirliyinin promo məhsulların (1 401 097 AZN) və idman atları üçün yemlərin alınması (121 000 AZN) ilə əlaqədar elan etdiyi tenderlər baş tutmayıb.Səbəb isə satınalmalarda iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Tenderlərin toplam dəyəri 1 522 097 AZN olub.
