Azərbaycanlılar bu ölkədən deportasiya EDİLDİ
Onların hər birinə Gürcüstana giriş qadağası qoyulub.
Qeyd olunur ki, cari ay ərzində Miqrasiya Departamenti digər aidiyyəti qurumlarla birgə həyata keçirilən kompleks tədbirlər nəticəsində ümumilikdə 115 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya edib. 2025-ci ilin ilk yeddi ayında isə deportasiya olunan xarici vətəndaşların ümumi sayı 640 nəfərə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 233 faiz artım deməkdir.
Miqrasiya Departamenti Gürcüstan daxilində qanunsuz miqrasiyaya qarşı mübarizə aparan əsas məsul orqandır. Onun səlahiyyətlərinə ölkə ərazisində hüquqi əsas olmadan yaşayan xarici vətəndaşların müəyyən edilməsi və deportasiya olunması daxildir./Report.az/
