Arif Babayevlə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində olacaq
Xalq artisti Arif Babayevlə vida mərasiminin yeri və saatı məlum olub.Xatırladaq ki, Xalq artisti iyulun 23-də kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib. Avqustun 1-i səhər saatlarında vəfat edib.
