Vətəndaşları təhqir edən məmur işdən çıxarıldı (FOTO)
Quba rayon İcra Hakimiyyəti başçısı İlqar Mahmudov rayonun Xucbala İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Rauf Adil oğlu Şıxməmmədovu tutduğu vəzifədən azad edib.Belə ki, icra nümayəndəsi sosial şəbəkələrdə Qubanın qədim yaşayış məntəqələrindən olan Buduq kəndi və buduqlular barədə təhqiramiz ifadələr işlədib.

