Əhəd Abıyev əsəbiləşdi: “Bunu kim deyirsə qələt edir”
Sosial şəbəkədə keçmiş deputat və icra başçısı Əhəd Abıyevin səhhətində problem yarandığı barədə xəbər yayılıb.“Bunu kim deyirsə qələt edir, səhv edir! Mən hər gün idmanla məşğul oluram, üzgüçülüyə gedib-gəlirəm. Xahiş edirəm bu məsələni qapadın, belə bir hal yoxdur. Mətbuata deyəsi əlavə sözüm yoxdur, mən siaysətdən tamamilə uzaqlaşmışam. Hazırda təqaüddəyəm”.
Əhəd Abıyev başqa bir açıqlamasının olmayacağını vurğulayaraq, jurnalistləri onu narahat etməməyə çağırıb.
