"Dedi ki, nə arzulayırsa, yüksək səviyyədə təşkil edin"
"Zəng edib "Aybəniz xanımın istəyini yerinə yetirmək lazımdır. Ən yüksək səviyyədə təşkil edin. Nə istəyir, nə arzulayırsa, hamısını edin" dedi. Bu sözləri və münasibəti heç vaxt unutmayacağam. Mənə yaxşılıq etmək istədiyinə görə deyil, sadəcə, onun bu qədər alicənab, bu qədər dəyər verən bir insan olduğunu öz gözlərimlə gördüyüm üçün. Və insan bu zaman düşünməyə bilməz, axı niyə bu dünyadan belə dəyərli, belə ürəkli insanlar bu qədər tez köçürlər?
Ailəlikcə tanıdığım, böyük hörmət və dəyər verdiyim bir insan, Cabir İmanov. Allah rəhmət etsin".
