Qərbi Kaspi Universitetində Beynəlxalq Payız Mühazirələri çərçivəsində serbiyalı professorun mühazirəsi təşkil olunub
Qərbi Kaspi Universitetində ənənəvi olaraq keçirilən Beynəlxalq Payız Mühazirələri silsiləsi çərçivəsində növbəti elmi görüş baş tutub. Tədbirə Serbiyanın tanınmış ali təhsil ocaqlarından biri olan Kragujevac Universitetinin Tibb Elmləri fakültəsinin professoru Vladimir Jurisic qonaq olub.Daha sonra professor tələbə və müəllim heyəti üçün “İmmunoonkologiyada sitokinlərin Multiomiks analizi” mövzusunda elmi mühazirə təqdim edib. O, müasir onkologiyada immun sisteminin rolu, sitokinlərin şişlərin inkişafına təsiri və Multiomiks yanaşmalarının elmi araşdırmalarda əhəmiyyəti barədə ətraflı məlumat verib.
Mühazirə tələbələr tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında fəal müzakirələr aparılıb və professor onların suallarını cavablandırıb. Tədbir həm tələbələrin bilik dairəsini genişləndirmək, həm də beynəlxalq elmi əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olub.

