"Həyat yoldaşım dedi ki, nəyisə sübut etməyə çalışma"
"Efirdə bir cümlə deyirəm, sonra özüm də baxıram ki, fikrim bir az başqa cür çıxıb. Əslində isə heç belə demək istəmirsən. Bu yaxınlarda da nəsə paylaşmışdım. Mənə o qədər qeyri-etik və haqsız sözlər yazdılar ki... Həyat yoldaşım Fəxrəddinə zəng etdim. Soruşdum, səncə, necə cümlə işlətməliyəm ki, əslidə belə olmadığını anlasınlar. Dedi ki, heç kimə nəyisə sübut etməyə çalışma. Buna ömrünü sərf etmə, əsəbiləşmə. Sözünü demisən və səni tanıyan insanlar bilir ki, necə insansan". (axşam.az)
