Əsas yolda təhlükəli vəziyyət… Dövlət qurumları “bizlik deyil” deyir – Foto
Bakının əsas küçələrindən olan və hərəkətin intensiv olduğu Təbriz və Mirzə Qədim İrəvani küçələrinin kəsişməsində avtomobil yolu ilə piyada səkisini ayıran hissədəki dəmir məhəccərlər uzun müddətdir ki, qırılıb. Həm piyadalar, həm də avtomobillər üçün olduqca təhlükəli olan bu hal sakinlərin narazılığına səbəb olub.Sakinlər problemin həlli üçün artıq hansı dövlət qurumuna müraciət etməli olduqlarını bilmirlər.
Yola kənarında təhlükə hələ də olduğu kimi qalır, dövlət qurumları isə problemi həll etməyə nə tələsmir, nə də maraq göstərmir.
Gülşən Rəsul


