“Bismak” və “Çörəkçi” hakim qarşısında – SƏBƏBLƏR
Qida sektorunun tanınmış şirkətlərindən olan “Delta Qrup C.O” MMC ilə bağlı cərimə protokolu imzalanıb.Şirkətlə bağlı iş baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib. 17 oktyabr tarixində hakim Afət Quliyevanın sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, “Delta Qrup C.O.” MMC 1999-cu ildə yaradılıb. Şirkət “Anchor”, “Доярушка”, “Molkerei Ammerlander”, “Golden Cow”, “Tibet”, “Nordex Food”, “NZMP”, “Peros” kimi bir çox xüsusi markanın Azərbaycanda rəsmi distribyutorudur. “Delta Qrup C.O.” MMC-nin çörək, çörək məhsulları, (marka “Çörəkçi”) un, qənnadı məmulatları (“BiSmak” markası) və makaron (“Odad” markası) istehsal edən beş böyük fabriki var. “Moskva”, “Qız qalası”, “Buratino”, “Nejnoe”, “Milk”, “Glucose”, “Nice”, “Toplyonoye moloko”, “Sport”, “Petit Buerre” kimi peçenye markalarının istehsalçısı da “Delta Qrup C.O.” MMC-dir.
Qarşı tərəfi dinləməyə hazırıq.
