Aysel keçmiş həyat yoldaşını yenidən məhkəməyə verdi
Bloger Aysel Şükürova yenidən keçmiş həyat yoldaşı Oqtay Əhmədovu məhkəməyə verib. Tribunainfo.az xəbər verir ki, bu haqda Aysel özü məlumat yayıb. O bildirib ki, Oqtaya cinayət işi açıblar.Qeyd edək ki, Oqtay sosial şəbəkədə canlı yayım açaraq Ayselin ünvanına təhqirlər yazıb. Aysel qarşı tərəfi məhkəməyə verib. O, eyni zamanda keçmiş həyat yoldaşının əkiz uşaqları üçün aliment ödəmədiyini, onun 20 minə qədər borcu olduğunu deyib.
