“Rabitəbank”ın maliyyə vəziyyəti ürəkaçan deyil – Hesabat
Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin 3-cü rübündə “Rabitəbank” ASC-nin xalis mənfəəti 5 milyon 934 min manat və ya 31% azalaraq 13 milyon 249 min manata düşüb.Açıqlanan məlumatlara görə, bu ilin 3–cü rübünün yekununda “Rabitəbank”ın 47 milyon 413 min manat həcmində problemli kreditlər olub və bu ümumi kreditlərin 5%-nə bərabərdir.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə bankın problemli kreditlərinin həcmi 29 milyon 916 min manat olub (ümumi kreditlərin 3,7%-i).
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 101,3 milyon manat olan “Rabitəbank” ASC-nin əsas səhmdarı Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevin kürəkəni (qızının həyat yoldaşı) Əliyev Rauf Zeynal oğludur. Bank səhmlərinin 40,6%-nin Əliyev Rauf Zeynal oğluna məxsus olduğu bildirilir.
Rauf Əliyev eyni zamanda bankın Müşahidə Şurasının üzvüdür.
Abdullayevin kürəkəni həm də “Mega Sığorta” ASC-nin əsas səhmdarlarından (19%) biridir.
