“Ramiz Mehdiyev, Əli Həsənov və şəriklərinin həbsi vaxtıdır” – Qulu Məhərrəmli
İndi məhz Ramiz Mehdiyevlər, Əli Həsənovlar və onların cinayət şərikləri həbsxanalarda yatmalıdır.
“Səbail rayon məhkəməsi keçmiş “boz kardinal” Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edərək onun barəsində hələlik 4 ay ev dustaqlığı qətimkan tədbiri seçib. R.Mehdiyev Vətənə xəyanətdə, Rusiyanın xeyrinə “dövlət çevrişi” cəhdində ittiham olunur.
Bütün hallarda yüzərlə ləyaqətli adama divan tutmuş, onları həbsxanalarda çürütmüş antimilli R.Mehdiyevin məhkum olunması və cəzalandırılması ədalətli və məntiqlidir”.
