Sabiq millət vəkilindən Ramiz Mehdiyevlə bağlı ŞOK SÖZLƏR   

<strong>Sabiq millət vəkilindən Ramiz Mehdiyevlə bağlı ŞOK SÖZLƏR   </strong> "...Biz onlarla düşmənik".
Son günlər medianın əsas müzakirə mövzusu  Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev barəsində ittihamlar və onun ev dustaqlığına məhkum edilməsi ictimai rezonans doğurub
Müzakirə edilən mövzulardan biri də Ramiz Mehdiyevin vaxtı ilə "krişalıq" etdiyi  şəxslərlə bağlıdır. Onun malı-mülkü,villaları,ailə biznesi də günlərdir  gündəm yaradıb.
Oxu24.com-a məlumat verən mənbə bildirib ki,Ramiz Mehdiyevin sıx biznes əlaqələri olduğu  şəxslərdən biri də keçmiş deputat,hazırda sahibkarlıq fəaliyyəti ilə  məşğul olan Əsabil Qasımovdur.
Mənbənin bildirdiyinə görə, Əsabil Qasımov uzun müddət  Ramiz  Mehdiyevin  kürəkəni ,sabiq millət vəkili,sahibkar İlham Əliyevlə iş birliyində olub.Ramiz Mehdiyevin kürəkəni  İlham Əliyevin bu iş birliyi  Əsabil Qasımova məxsus    "Karat Holdinq" də qeyri-rəsmi şərik olmaqla başlayıb.
"Karat Holdinq" MMC 14 mart 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 430 manatdır. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 201-də yerləşir. Holdinqin qanuni təmsilçisi Umudov İqdam Əliş oğludur. 
Ondan əvvəl şirkəti Əsabil Qasımov təmsil edib. Ümumiyyətlə, "Karat Holdinq"in sahibi kimi Əsabil Qasımovun adı çəkilir. 
Əsabil Qasımov Milli Məclisin IV çağırış deputatı olub. O, parlamentdə 79 saylı İmişli seçki dairəsini təmsil edib. 
İqdam Umudov Əsabil Qasımovun qaynıdır. 

Geri qayıt