“YeloBank” ötən rüb xalis mənfəətini 10 milyon manatdan çox əridib
2025-ci ilin iyul-sentyabr aylarında “YeloBank” ASC-nin xalis mənfəəti 24 824,83 manata olub.Bundan əlavə Bankın mənfəət vergisindən əvvəlki mənfəəti də 6 638,43 min manat yaxud 18,93 % azalıb və nəticədə göstəriciləri 35 063,26 min manatda 28 424,83 min manata düşüb.
“YeloBank”ın xalis əməliyyat mənfəətində də azalma göstərilir. Belə ki, 3-cü rübdə bank bu göstərici üzrə 2 712,64 min manat yaxud 8,89 % geriləyərək ötənilki 30 527,26 min manatı 27 814,62 min manata dəyişib.
Bu azalmalar fonunda bank son 3 ayda xərclərini artırmağı bacarıb.
