Mehdiyevin oğlu haqda yeni xəbər: HƏR GÜN SAAT 9-DA...
Prezident Adminsitrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsindən sonra ardıcıl olaraq onun həyat yoldaşı, qızı və gəlini tutduqları vəzifələrdən azad olundular. Akademikin fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışan oğlu Teymur Mehdiyevin də karyerası ilə vidalaşacağına dair yayılan xəbərlər isə öz təsdiqini tapmır.Məlumatlı şəxs oğul Mehdiyevin işdən-çıxarılıb-çıxarılmayacağına dair nazirlikdə hər hansı müzakirə aparılmadığını bildirib: “Hər kəs bilir ki, bu məsələ birbaşa dövlət başçısının səlahiyyətinə daxildir”.
Qeyd edək ki, general-mayor Teymur Mehdiyev 25 iyun 1975-ci ildə Gürcüstan Respublikasının Suxumi şəhərində anadan olub. O, Bakı Dövlət Universitetini bitirib, hüquq elmləri namizədidir.
Ailəlidir, 2 övladı var.
