Gəncə icra Hakimiyyətində YOXLAMA APARILIR
Gəncə İcra Hakimiyyətində yoxlama aparılır. Ajans.az-ın əldə etdiyi məlumata görə, Hesablama Palatası İcra Hakimiyyətində nəzarət tədbiri həyata keçirir.
Ajans.az məsələ ilə bağlı Hesablamalar Palatasına sorğu ünvanladı.tərəfindən 2025-ci ilin İş Planına əsasən Gəncə Şəhər İcra Hakimiyyətində nəzarət tədbiri
həyata keçirilir.
“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun
22-ci maddəsinə uyğun olaraq audit prosesi hazırda davam edir.
Nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi “Hesablama
Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinə uyğun olaraq
tənzimlənir.
Sorğumuza operativ cavab verdikləri üçün Hesablama Palatasına təşəkkür edirik.
