Qərbi Kaspi Universitetində Şanlı Zəfərin 5-ci ildönümünə həsr edilmiş “Riyaziyyat və məntiq” adlı olimpiada təşkil olunub.

Qərbi Kaspi Universitetində Şanlı Zəfərin 5-ci ildönümünə həsr edilmiş “Riyaziyyat və məntiq” adlı olimpiada təşkil olunub. Tədbir “Mexanika və riyaziyyat” kafedrasının təşəbbüsü ilə baş tutub.
Olimpiada “Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi”nin tələbələrinin dəqiq elmlərə marağını artırmaq məqsədilə keçirilib.
Yarışmada dörd komanda iştirak edib və “Şuşa” komandası birinci yerə layiq görülüb.
Qalib komandalar mükafatlandırılıb.
      

Geri qayıt