"Trendyol" insanları aldadır" - Səmra
"Bu süni qiymət artımıdır. Heç bir mesajlara baxılmır, bu dolandırıcı şirkətlə əlbir olan blogerlər, niyə insanları aldadırsınız? Niyə öz qiymətinə deyil, süni artırılmış qiymətlə aldadırsınız? Niyə yalandan kuponlar verirsiniz? Başınıza nə xəstəlik gəlirsə saf cəmiyyəti aldatdığınıza görədir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, sizə ərizə də yolladım. Bu işlə bağlı rica edirəm tədbir görülsün. Süni qiymət artırır, saxta kuponlarla insanları aldadırlar" deyə, Səmra paylaşımında yazıb. Səmra iddiasını təsdiqləmək üçün sübutlar da paylaşıb.






