Ramiz Mehdiyevin gəlininin yerinə o təyin olundu – FOTO
Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikasında yeni kadr təyinatı olub. Manset.az-ın əldə etdiyi məlumata görə, klinikanın müalicə işləri üzrə direktor müavini vəzifəsinə tibb üzrə fəlsəfə doktoru Tamara Sayad qızı Quliyeva təyin olunub.Qeyd edək ki, bundan əvvəl həmin vəzifəni Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva tuturdu. O, qayınatası dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunduqdan sonra vəzifəsindən azad olunmuşdur.

