Cavid Qurbanovun əmisi oğlu hakim qarşısına çıxarıldı
Külli miqdarda dələduzluğa cəhddə təqsirləndirilən Nahid Şəmşirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.Daha sonra işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.
Məhkəmənin baxış iclası dekabrın 10-na təyin edilib.
Qeyd edək ki, Nahid Şəmşirov Cinayət Məcəlləsinin 29, 178.2.1; 29, 178.2.2; 29,178.2.4; 178.3.2, 310-cu maddələri ilə təqsirli bilinir.
Onu da bildirək ki, Nahid Şəmşirov keçmiş deputat, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri, hazırda isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun əmisi oğludur.
Oxu.az
