Gültəkin Hacıbəylinin saxlanmadan öncə çəkdiyi video yayıldı -ŞOK DETALLAR
Musavat.com xəbər verir ki, həmin görüntülər bir neçə dəqiqə ərzində müxtəlif platformalarda paylaşılıb və müzakirələr doğurub.
Videoda Gültəkin Hacıbəyli iddia edir ki, hüquq-mühafizə orqanları onun yaşadığı mənzilə “qapını sındıraraq daxil olub” və onu saxlamağa cəhd göstərib. O, Bakıya ekstradisiya olunacağı barədə narahatlığını da bildirir. Lakin Musavat.com-un əldə etdiyi məlumatlara əsasən, yayılan kadrların heç bir hissəsində Gültəkin Hacıbəyliyə qarşı zorakılıq, məhdudlaşdırıcı fiziki hərəkət və ya videonun çəkilməsinə maneə faktı görünmür.
Hazırda sosial şəbəkələrdə həm videonun özü, həm də montaj olunmuş versiyalar intensiv şəkildə paylaşılır. Gültəkin Hacıbəylinin hansı cinayət əməllərini törətməsi rəsmi açıqlamalardan sonra daha da aydın olacaq.
