Rauf Arifoğlu:"Bəzən Əli Kərimli qadın adı ilə feysbuka girir və rəqiblərinə qarğış yağdırır"
Rauf Arifoğlu Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əliyevə geniş müsahibəsində Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları haqqında xeyli mübahisə doğuracaq məqamlara toxunub. O müxalifətin trol şəbəkəsinə də toxunub və şok açıqlama verib:"Əli Kərimlinin düşərgəsindən danışmağa isə ehtiyac yoxdur. Trol ordusu yaratmaq və saxlamağı hökumət Əli Kərimlidən öyrənib. Bu işin atası Azərbaycanda Kərimlidir.
Hər bir cəbhəçinin 20-30 saxta profili var. Onun özünün mənə məlum olan, 11 saxta profili vardır. Onlardan da 5-i qadın adı ilə aparılır. Yəni, bəzən Əli Kərimli qadın niki ilə fb-ə girir və oradan rəqiblərinə qarğış, nifrin və s. yağdırır. Bugünlərdə də Gültəkin Hacıbəyli “kişi” çıxdı. Onun da saxta Türkel Oğuz profili tam təsadüfən, Şahin Cəfərli ilə polemikada ifşa olunmuşdu. Bax, məni sevməyən, belələridir…
Əli Kərimli ilə yaxın olduğumuz zamandan bilirəm ki, bu işdə çox peşəkarlaşıb. 2010-13-cü illərdə, facebook-da hər kəsdən tez təşkilatlanmışdı. İsrarla deyirdi ki, orda təşkilatlanmaq lazımdır. Tunisdən, Misirdən, ərəb baharından yaman ilhamlanmışdı.
Bu üzdən sosial şəbəkələrdə yeni imkanlar görürdü. Hazırda da ən güclü troll ordusu Azərbaycanda onundur. Yəni hökumət qüsura baxmasın, Kərimliyə çata bilməz."
