Ramiz Mehdiyevin Şabrandakı villası: Sabiq deputat “makler” oldu – VİDEO
Eks-deputat, hazırda protest.az saytının və eyniadlı yutub kanalının rəhbəri olan Etibar Hüseynov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Şabran rayonundakı villasında çəkiliş edib.Qeyd edək ki, Etibar Hüseynov bir neçə gün əvvəl Ramiz Mehdiyevin Xızı rayonunun Qızılqazma kəndində yerləşən villasının da görüntülərini çəkərək paylaşmışdı.
