Dr. Baseem Khanın “Artificial Intelligence” üzrə xüsusi kursu başa çatdı
Qərbi Kaspi Universitetinin professoru Dr. Baseem Khan tərəfindən Kompüter mühəndisliyi və İnformasiya texnologiyaları ixtisaslarının tələbələri üçün “Artificial Intelligence” fənni üzrə iki həftəlik xüsusi kurs başa çatıb.Xüsusi kursu tam şəkildə dinləyən tələbələr sertifikatlarla təltif olunublar.
Qərbi Kaspi Universiteti tələbələrin müasir texnologiyalar üzrə bilik və bacarıqlarının artırılmasına daim önəm verir.
Məlumat üçün bildirək ki, Dr. Baseem Khan Qərbi Kaspi Universitetinin Beynəlxalq Materialşünaslıq və Texnologiya Mərkəzinin aparıcı tədqiqatçılarından biridir. 2024-cü ildə Stanford Universiteti tərəfindən tərtib olunan “Dünyanın Top 2% Alimləri” siyahısına daxil edilib. Scopus bazasında indekslənmiş 423 məqalənin müəllifidir, işlərinə 7,225 dəfə sitat gətirilib və h-indeksi 42-dir.






