“Biz pul yığmırıq, sadəcə vəsait toplayırıq” – Çingiz Abdullayev
Azərbaycan Yazıçılar Birliyinə (AYB) illik üzvlük haqqı cəmi 15 manatdır. Başa düşürəm, kiminsə imkanı olmaya bilər. Bizdə şəhid ailələri, qazilər və müharibə iştirakçıları ümumiyyətlə pul vermirlər. Digər tərəfdən isə biz bu cəmiyyəti dolandırmalı, onlara kömək etməliyik. Kağız almalıyıq, xeyli xərclərimiz var”. Bunu Demokrat.az-a açıqlamasında Xalq yazıçısı Çingiz Abdullayev bildirib.Xatırladaq ki, AYB qurumda təmsil olunan, lakin üzlük haqqını ödəməyən şair və yazıçıların adlı siyahısını tərtib edib. Həmin şəxslərə fevralın 1-dək vaxt verilib. Əgər onlar üzvlük haqqı borclarını ödəməsələr AYB-dən xaric ediləcəklər.
Quruma üzvlük haqqı illik 15 manatdır.
