Bu küçələrdəki ticarətə Rafiq Quliyev icazə verib? - VİDEO
Lakin küçənin qalan hissəsində hərəkət etmək hələ də çətindir.
Sakinlər deyir ki, bir tərəfdə səkiyə çıxan obyektlərin piləkkənləri, digər tərəfdə isə qatıq, alma, limon və nar suyu satan satıcılar insanların hərəkətini əngəlləyir. “Buradan keçmək demək olar ki, mümkünsüzdür,” – deyə bir sakinlər bildirir.
Satıcıların dediyinə görə, küçədəki alverlər Xətai rayon rəhbərliyi tərəfindən icazə verilib. “Rəsmi sənəd olmasa da, hər gün icazəmiz alınır. Bu, hamıya məlumdur,” – deyə satıcılar qeyd edirlər.
Hazırda Xətai rayon icra başçısı Rafiq Quliyevdir. Onun rəhbərliyi dövründə Xətai metrosunun çıxış hissəsində mini kafe və dönərxanaların sayı artıb. Bu, metronun çıxış hissəsinin demək olar ki, zəbt olunmasına və insanların rahat hərəkət etməsinin çətinləşməsinə səbəb olub.
Qanunvericiliyə görə, təhlükəsizlik və rahatlıq baxımından metroların çıxışları hər zaman sərbəst və boş olmalıdır. Lakin Xətai metrosunun çıxışında hazırda vəziyyət sakinlərin narazılığına səbəb olur və əsl “biabırçılıq” kimi qiymətləndirilir.
Bizimesr.az
