"TikTok" artıq həmin hesabları SİLƏCƏK
TikTok yaxın həftələrdə Avropada yeni yaş müəyyənləşdirmə sistemini istifadəyə verəcək.
Ajans.az xəbər verir ki, sistem profil məlumatlarını, paylaşılan videoları və istifadəçi davranışlarını analiz edərək 13 yaşdan kiçik uşaqlara aid hesabları daha tez aşkar edib platformadan silməyi hədəfləyir.TikTok bu texnologiyanı Avropa qanunlarına uyğun olaraq İrlandiya Məlumatların Qorunması Komissiyası ilə əməkdaşlıqla hazırladığını bildirib.
