Məzahir Pənahov MSK-dan gedəcək? - Özündən açıqlama

Məzahir Pənahov MSK-dan gedəcək? - Özündən açıqlama "Mərkəzi Seçki Komissiyasını parlament formalaşdırır". Bunu "Unikal"a açıqlamasında Mərkəz Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
 
"Məcəllədə yazılıb. 5 ildən bir olmalıdır", - deyə M.Pənahov bu il MSK-nın səlahiyyət müddətinin başa çatması ilə bağlı suala cavabında bildirib.
 
Qeyd edək ki, qanunvericiliyə əsasən, MSK-nın səlahiyyət müddəti 5 ildir. Cari ilin aprel ayında Komissiyanın hazırkı tərkibinin fəaliyyətinə yekun vurulacaq. Hazırda MSK-ya Məzahir Pənahov sədrlik edir. O, 19 may 2000-ci ildən etibarən bu vəzifədədir. MSK sədrinin müavini Rövzət Qasımov, MSK-nın katibləri isə Arifə Muxtarova və Mikayıl Rəhimovdur.

Geri qayıt