"3 gün ərzində cəmi bir velosiped keçirsə..." - Deputat xüsusi zolaqlardan şikayətləndi
Milli Məclisin deputatı Hikmət Babaoğlu istifadə olunmayan velosiped zolaqlarının yolları daraltmasından şikayətlənib.“Bu, lazımdırmı? Harada zəruridirsə, orada bu işlər aparılmalıdır. Gəlin bir ölçmə aparaq, görək o yollardan neçə nəfər keçir. Əgər o yollardan 3 gün ərzində cəmi bir velosiped keçirsə, yolu daraltmağın nə əhəmiyyəti var?”, – deyə deputat qeyd edib.
