Bakıda daha bir icra başçısı müavinini vəzifədən azad etdi

Bakıda daha bir icra başçısı müavinini vəzifədən azad etdi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Etibar Əhmədov vəzifəsindən azad olunub. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Rafiq Quluyev əmr imzalayıb.
 
Qeyd edək ki, E.Əhmədov 1956-cı ilin oktyabrın 24-də Balakən rayonunda anadan olub. O, Xətainin 2006-2018-ci illərdə icra başçısı olmuş Razim Məmmədov tərəfindən 2011-ci ildən müavin vəzifəsində işləyib. Ondan əvvəl isə RİH-də müxtəlif vəzifələrdə çalışıb.
 
Xatırladaq ki, daha əvvəl paytaxtın Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev vəzifəsindən azad olunub.

Geri qayıt